İsrail Müdafiə Qüvvələrində hesab edirlər ki, İranın ehtiyatları çıxarılmasa, bu, “böyük uğursuzluq” olacaq

2026/04/1775378444.jpg
Oxunub: 362     21:27     04 May 2026    
İsrailli hərbi rəsmisi bildirib ki, əgər İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqramdan çox uran ehtiyatı İran İslam Respublikasından çıxarılmasa, son müharibə “böyük uğursuzluq” hesab olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

İsrailli rəsmilər qeyd ediblər ki, bu ehtiyat 11 nüvə bombası hazırlamaq üçün kifayətdir.

İsrail ordusunun yüksək rütbəli zabiti hesab edir ki, ABŞ ilə İran arasında danışıqlar çərçivəsində uran ehtiyatlarının aradan qaldırılması və ölkədə zənginləşdirmənin dayandırılması barədə razılıq əldə olunmasa, 40 günlük döyüş əməliyyatlarının nəticələri boşa çıxacaq.

“Əgər nüvə məqsədi reallaşdırılmasa, onda İranda etdiyimiz hər şey böyük uğursuzluğa çevriləcək. İranın düşmən rejimi nüvə proqramı vasitəsilə zərbə endirə bilər”, - deyə rəsmi bildirib.

Zabit əlavə edib: “Əgər uran diplomatik yolla İrandan çıxarılsa, biz hesab edəcəyik ki, öz işimizin bir hissəsini yerinə yetirmişik”. Lakin bu baş verməsə, İsrailin məqsədə çatmaq üçün İranda daha bir əməliyyata başlamağa ehtiyacı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin