ABŞ Fars körfəzinə iki raket esminesi göndərdiyini açıqlayıb: 2 gəmi Hörmüz boğazını keçib

2026/04/1777456395.jpg
Oxunub: 368     21:26     04 May 2026    
ABŞ Silahlı Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarə olunan raketlərlə silahlanmış iki esminesin Fars körfəzinə daxil olduğunu və bunun İranın blokadasını yarmaq məqsədi daşıdığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Eyni zamanda, İranın ABŞ hərbi gəmisinin Fars körfəzinə girişinin qarşısını aldığını bəyan etməsindən sonra iki Amerika gəmisinin Hörmüz boğazını keçdiyi qeyd olunub.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, onun qüvvələri prezident Donald Trampın “Azadlıq” layihəsinə dəstək verir. Layihənin məqsədi ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən Fars körfəzində blokadada qalan ticarət gəmilərini çıxarmaq və İran limanlarının blokadasını gücləndirməkdir.

Bu müdaxilə, ehtimal ki, dünya üzrə dəniz yolu ilə daşınan neft və qaz ehtiyatlarının təxminən beşdə birinin keçdiyi, lakin müharibə səbəbindən artıq iki aydır blokadada qalan su yolunda ABŞ ilə İran arasında birbaşa toqquşma riskini artırıb.

CENTCOM bildirib ki, ABŞ bayrağı altında üzən iki ticarət gəmisi, ABŞ esminesləri Fars körfəzində fəaliyyət göstərdiyi vaxt boğazdan keçib.

“ABŞ Silahlı Qüvvələri ticarət daşımalarının tranzitinin bərpası istiqamətində səylərə fəal şəkildə dəstək verir”, - deyə ABŞ Mərkəzi Komandanlığında bildirilib.

Bundan əvvəl, bazar ertəsi İran ABŞ hərbi gəmisini Hörmüz boğazından geri dönməyə məcbur etdiyini bəyan etmiş, CENTCOM isə Tehranın gəminin raketlə vurulduğu barədə iddiasını təkzib etmişdi.

İranlı yüksək vəzifəli şəxs “Reuters” agentliyinə bildirib ki, İran xəbərdarlıq atəşi açıb və hərbi gəminin zədələnib-zədələnmədiyi məlum deyil.

Hərbi gəminin geri dönməsi barədə xəbərlər fonunda neftin qiyməti 5% artsa da, Qrinviç vaxtı ilə saat 12:20-yə olan məlumata görə artım təxminən 2,5% təşkil edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Hörmüz  


Bizi "telegram"da izləyin