“Koluman” beynəlxalq sərgi iştirakları ilə yeni əməkdaşlıqlar üçün imkan yaradır - VİDEO

2026/05/1777913565.jpg
Oxunub: 520     20:45     04 May 2026    
Malayziyada keçirilən DSA 2026 sərgisini uğurla başa vuran “Koluman” nümayiş etdirdiyi innovativ texnologiyalarla ziyarətçilərin böyük marağı ilə qarşılaşıb.

Ordu.az xəbər verir ki, sərgi meydanında DefenseHere-a danışan “Koluman” Hərbi Layihələr Dizayn müdiri Serkan Mezarcıöz bu tədbirin əhəmiyyəti barədə açıqlamalar verib.

Serkan Mezarcıöz sərginin müdafiə sənayesində baş verən texnoloji transformasiyanı aydın şəkildə ortaya qoyduğunu bildirərək xüsusilə avtonom sistemlər, elektrik və hibrid platformalar, eləcə də logistika həllərinin ön plana çıxdığını qeyd edib.

DSA 2026-nın “Koluman” üçün olduqca səmərəli keçdiyini vurğulayan Mezarcıöz təşkilatın həm mövcud əməkdaşlıqların gücləndirilməsi, həm də yeni bazarlara çıxış imkanlarının qiymətləndirilməsi üçün şərait yaratdığını bildirib.

Türkiyə ilə Malayziya arasında güclü və inkişaf edən münasibətlərin sahəyə də müsbət təsir göstərdiyini görməkdən məmnun olduqlarını bildirən Mezarcıöz türk müdafiə sənayesi şirkətlərinin sərgidə yüksək iştirak səviyyəsinin və aktiv mövcudluğunun diqqət çəkdiyini qeyd edib.

Sərgi müddətində əldə edilən rəylərin hazırlanan vasitələrin real əməliyyat ehtiyaclarına nə dərəcədə cavab verdiyini bir daha göstərdiyini bildirən Mezarcıöz “Koluman”ın qarşıdakı dövrdə daha çevik, davamlı və tapşırıq yönümlü həllər hazırlamağa davam edəcəyini deyib.

Mezarcıöz həmçinin DSA kimi beynəlxalq tədbirlərin şirkətin baxışını gücləndirən mühüm platformalar olaraq qalacağını bildirib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koluman   Türkiyə  


Bizi "telegram"da izləyin