İran altı ərəb ölkəsindən ABŞ və İsrail zərbələrinə dəstəyə görə cavab tələb edib

2026/04/1776840902.jpg
Oxunub: 391     19:47     04 May 2026    
BMT-də İranın daimi nümayəndəsi Əmir Səid İrəvani altı ərəb ölkəsinin məktublarını tənqid edib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İrəvani BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda həmin ölkələrin bəyanatlarını qəti şəkildə rədd edib və İran əleyhinə hərbi əməliyyatlarda oynadıqları rola görə tam məsuliyyət tələb edib.

O, Qətər, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt və İordaniyanın irəli sürdüyü bütün ittihamları əsassız və sübutsuz adlandırıb.

İranlı diplomat bildirib ki, bu ölkələr mövcud vəziyyətin əsas səbəbini, yəni ABŞ və İsrailin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi qanunsuz hərbi hücumları qəsdən nəzərə almırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin