Sovet general-polkovniki Stanislav Petrov mənzilində ölü tapılıb

2026/05/1777908793.jpg
Oxunub: 396     19:30     04 May 2026    
Sovet hərbi komandiri, general-polkovnik Stanislav Petrov ağır xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi tibbi xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib: “87 yaşlı Stanislav Petrovun meyiti Serafimoviç küçəsində yerləşən yaşayış binasında tapılıb. O, son dövrlər ağır xəstə idi”.

Petrov SSRİ-nin kimyəvi müdafiə qoşunlarının yaradıcılarından biri olub. O, 1959-cu ildən həmin qoşunlarda xidmət edib və Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib.

General-polkovnik SSRİ kimyəvi müdafiə qoşunlarının son komandanı, Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının ilk rəhbəri olub. Petrov hərbi elmlər doktoru idi və 1991-ci ildə Lenin mükafatına layiq görülmüşdü.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stanislav-Petrov   Rusiya  


Bizi "telegram"da izləyin