BƏƏ İranı “dəniz quldurluğu”nda ittiham edib

2026/05/1777908694.jpg
Oxunub: 341     19:21     04 May 2026    
Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Anvar Qarqaş bildirib ki, Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus tanker Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə Qarqaş “X” sosial şəbəkəsində yazıb.

“İranın aqressiyası zəifləmək bilmir, milli tankerlərə qarşı dəniz quldurluğu aktları həyata keçirilir. Bu hücumlar göstərir ki, regionda təhlükəsizlik və sabitliyə qarşı İran təhdidi qalmaqdadır və bunu görməzdən gəlmək olmaz”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran  


Bizi "telegram"da izləyin