İlham Əliyev: "Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib"

2026/05/1777884841.jpg
Oxunub: 252     12:23     04 May 2026    
Azərbaycan artıq Ermənistana 12 min ton neft məhsulları ixrac edib.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

"Biz Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladıq və bununla da ticarət münasibətlərinin əsasını qoyduq. İndiyədək Ermənistana 12 min ton neft məhsulları ixrac etmişik", - İ.Əliyev bildirib. Prezidentin sözlərinə görə, Azərbaycan həmçinin öz ərazisi vasitəsilə 28 min ton yükün Ermənistana tranzitini təmin edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin