Ordu.az xəbər verir ki, Paşinyan bu barədə İrəvanda keçirilən ASB sammitində çıxışı zamanı bildirib.
“Ümid edirəm ki, 2028-ci ildə ASB-nin sammitində iştirak etmək üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyiblər”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, ASB sammitləri Ermənistan və Türkiyə rəhbərliyinin təmasları üçün mühüm rol oynayıb.
“Türkiyə prezidenti ilə ilk ikitərəfli görüşüm məhz 2022-ci ilin payızında Praqada keçirilən ilk ASB sammiti çərçivəsində baş tutub. İndi isə Türkiyənin vitse-prezidenti ASB sammitində iştirak etmək üçün buradadır (İrəvanda-red.) və o, Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidenti olub”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az