Avropa İttifaqının rəhbərliyi İrəvandakı Karen Dəmirçyan adına İdman-Konsert Kompleksinə gedib

2026/05/1777878707.jpg
Oxunub: 280     11:01     04 May 2026    
Avropa İttifaqının rəhbərliyi Avropa siyasi birliyinin 8-ci sammitinin keçiriləcəyi məkana gedib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, sammitdə iştirak etmək üçün Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının prezidenti Antoniu Koşta və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İrəvana gəliblər.

Qeyd edilib ki, sammit Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək. Qonaqları Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin