Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, onu “Zvartnots” hava limanında Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan qarşılayıb.
Qeyd edilir ki, Yılmaz İrəvana Avropa siyasi birliyinin 8-ci sammitində iştirak etmək üçün gəlib.
“Sammit 2026-cı il mayın 4-də “Gələcəyin qurulması: Avropada birlik və dayanıqlılıq” mövzusu ilə keçiriləcək. Avropa siyasi birliyinin ilk sammiti 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Sonrakı sammitlər Kişinyovda, Qranadada, Oksfordşirdə, Budapeştdə, Tiranada və Kopenhagen şəhərində təşkil olunub.
Bu platforma Avropanın təxminən 50 ölkəsinin liderlərini bir araya gətirir və siyasi dialoqla əməkdaşlığın inkişafına xidmət edir. Məqsəd Avropa qitəsində təhlükəsizliyi, sabitliyi və rifahı gücləndirməkdir”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az