Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç “İrəvan dialoqu-2026” forumunda iştirak edəcək

2021/12/6-1639591961.jpg
Oxunub: 337     09:14     04 May 2026    
Türkiyənin Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “İrəvan dialoqu-2026” beynəlxalq forumunda iştirak edəcək.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu məlumat forumun rəsmi gündəliyində yer alıb.

Gündəliyə əsasən, mayın 5-də Kılıç “Cənubi Qafqaz dönüş nöqtəsində: sülh və əməkdaşlıq perspektivləri” mövzusunda keçiriləcək panel müzakirəsində iştirak edəcək.

Bu müzakirədə Türkiyənin xüsusi nümayəndəsi ilə yanaşı, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Gürcüstan Xarici İşlər Nazirliyinin nazir müavini Laşa Darsaliya və Azərbaycanın nümayəndəsi, “Topçubaşov Mərkəzi”nin direktoru Rusif Hüseynov da çıxış edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin