“Yeni Şafak”: İspaniyanın baş nazirinin İrəvana gedən təyyarəsi Ankarada fövqəladə eniş edib

2026/04/1777024922.jpg
Oxunub: 471     00:35     04 May 2026    
İspaniyanın baş naziri Pedro Sançesin təyyarəsi İrəvana uçuş zamanı yaranmış texniki nasazlıq səbəbindən Ankarada fövqəladə eniş edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.

Xatırladaq ki, hazırda İrəvanda Avropa siyasi birliyinin 8-ci sammiti keçirilir və burada Avropa ölkələrinin, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sançez   İrəvan  


Bizi "telegram"da izləyin