Ordu.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Nyu-York ştatını təmsil edən Pet Rayan bildirib.
O vurğulayıb ki, münaqişənin ilk dörd həftəsi ərzində ABŞ yüksək dəqiqlikli silahların əhəmiyyətli həcmdə istifadəsinə yol verib. 1000-dən çox JASSM raketi, bu da arsenalın təxminən 20%-ni təşkil edir, və 850-dən çox “Tomahawk” raketi, yəni ehtiyatların 30%-dən çoxu tətbiq edilib.
“Əsasən müharibənin ilk dörd həftəsi ərzində biz çox böyük sayda uzaqmənzilli raket, 1000-dən çox JASSM raketi xərcləmişik, bu da arsenalımızın 20%-idir. 850-dən çox “Tomahawk” raketi, yəni arsenalımızın 30%-dən çoxu... Beləliklə, dörd həftə ərzində, hazırkı istehsal tempinə əsaslansaq, 10 illik ehtiyat istifadə olunub”, - deyə konqresmen dinləmələr zamanı bildirib.
Konqresmen həmçinin qeyd edib ki, həmin dövrdə THAAD və “Patriot” hava hücumundan müdafiə/raket əleyhinə müdafiə sistemlərinin raketlərinin təxminən 50%-i istifadə olunub.
Onun sözlərinə görə, bu məlumatlar ABŞ analitik mərkəzlərinin və digər müstəqil mənbələrin qiymətləndirmələri ilə təsdiqlənir. Rayan vurğulayıb ki, silahların bu cür genişmiqyaslı xərclənməsi artıq Pentaqonun operativ planlaşdırmasına təsir göstərir.
O əlavə edib ki, İran silahlı qüvvələri Yaxın Şərqdə yerləşən ABŞ bazalarına raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməklə ciddi potensial nümayiş etdirir.
Daha əvvəl ABŞ Raketdən Müdafiə Agentliyinin direktoru, general-leytenant Hit Kollinz etiraf etmişdi ki, xərclənmiş sursat ehtiyatlarının bərpası üçün illər tələb oluna bilər.
Sevinc Əliyeva
Ordu.az