Qərbi Balkan ölkələri Aİ-yə üzvlük prosesinə siyasi sadiqliklərini təsdiqləyib

2026/01/1768629700.jpg
Oxunub: 519     23:46     22 Aprel 2026    
Qərbi Balkan ölkələri Avropa İttifaqına (Aİ) üzvlük prosesinə siyasi sadiqliklərini qətiyyətlə təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə 11-ci Delfi İqtisadi Forumunda qəbul edilmiş Qərbi Balkanların Avropa inteqrasiyasına dair bəyannamədə deyilir.

Bəyannamədə Qərbi Balkan ölkələri Brüsseli bu dövlətləri Avropa İttifaqına üzvlük prosesini sürətləndirməyə çağırıb.

"Biz Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasının Avropa təhlükəsizliyi üçün strateji imperativ kimi vacibliyini vurğulayırıq. Bu kontekstdə biz Aİ-nin genişlənmə prosesinə və Qərbi Balkanların birliyə inteqrasiyasına yenidən diqqət yetirməsini regionumuzda və qitəmizdə sülh, təhlükəsizlik, sabitlik və rifaha geostrateji investisiya kimi alqışlayırıq", - bəyanatda vurğulanıb.

Hibrid təhdidlər və dezinformasiya kampaniyaları ilə mübarizədə Aİ-nin Qərbi Balkan tərəfdaşlarına effektiv inteqrasiyasının və hiss olunacaq dəstəyinin zəruriliyinə diqqət çəkilən bəyannamədə Aİ qanunvericiliyinə, o cümlədən ittifaqın ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğun vacibliyi qabardılıb.

Bəyanatda həmçinin Aİ və Qərbi Balkan ölkələri arasında ticarət prosedurlarının daha da sadələşdirilməsi çağırışı edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Balkan    


Bizi "telegram"da izləyin