“Kremldə Uitkof və Kuşnerin Moskvaya yeni səfərlərini gözləyirlər” - Peskov

2026/02/1771236825.jpg
Oxunub: 422     22:56     22 Aprel 2026    
Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun və Amerika liderinin kürəkəni Cared Kuşnerin Rusiyanın paytaxtına səfərlərinin davamlı olmasına maraq göstərildiyi bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rİ Novosti”yə müsahibəsində qeyd edib.

Peskov ümid etdiyini bildirib ki, Amerika nümayəndələrinin Ukrayna münaqişəsinin nizamlanması yollarını müzakirə etmək məqsədilə Moskvaya səfərləri müntəzəm xarakter alacaq. Bu bəyanat “The New York Times” qəzetinin danışıqlar prosesinə yaxın mənbələrə istinadən Uitkof və Kuşnerin Rusiya rəhbərliyi ilə yeni görüşlər keçirmək niyyətində olduqları barədə yaydığı məlumatdan sonra səslənib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də Amerika vasitəçilərinin Kiyevə səfər etməsi ilə bağlı mümkün planları xatırlatmışdı. Lakin “The New York Times” qəzetinin mənbələrinin bildirdiyinə görə, ABŞ nümayəndələri yalnız danışıqlarda müəyyən irəliləyiş əldə olunacağı halda Ukraynanın paytaxtına getməyə hazırdırlar. Zelenski həmçinin diqqəti ona yönəltmişdi ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Amerika tərəfi görüşləri öz ərazisində keçirməyə üstünlük verir və bu da Ukrayna nümayəndə heyətini ABŞ-yə uçuşlar etməyə məcbur edir. Uitkof və Kuşnerin Vladimir Putinlə son üzbəüz təması 2026-cı il yanvarın 22-də Kremldə baş tutub və Rusiya tərəfi həmin danışıqlar kanalını qoruyub saxlamağa ümid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin