Ordu.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.
Onun sözlərinə görə, həmin ölkələrə dollar likvidliyinin təqdim olunması qlobal bazarlarda Amerika aktivlərinin xaotik satışının qarşısını almağa imkan verəcək.
Bessent Senatın ayırmalar komitəsində keçirilən dinləmələr zamanı Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-yə müraciət edərək uzunmüddətli münaqişə və valyuta ehtiyatlarının azalması halı üçün əlavə svop xəttinin açılmasını xahiş etməsi barədə məlumatları şərh edib.
O qeyd edib ki, həm Federal Ehtiyat Sistemi, həm də Maliyyə Nazirliyinin belə svop xətləri dollar maliyyələşməsinin sabitləşdirilməsinə və aktivlərin kəskin satışının qarşısının alınmasına yönəlib.
Nazir əlavə edib ki, bu cür mexanizmlər həm ABŞ tərəfdaşları, həm də ABŞ üçün faydalıdır.
Sevinc Əliyeva
Ordu.az