ABŞ Dövlət Departamenti amerikalıları dərhal İranı tərk etməyə çağırıb

2026/03/1774464934.jpg
Oxunub: 633     21:23     22 Aprel 2026    
ABŞ Dövlət Departamenti amerikalıları İran 2026-cı il aprelin 18-də hava məkanının qismən açıldığını və ölkənin şərq hissəsində hava əlaqəsinin bərpa olunduğunu elan etdikdən sonra dərhal İranı tərk etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Məlumata görə, aprelin 21-nə İranın hava məkanı qismən açıqdır. ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmək, yerli KİV-i izləmək və reyslərlə bağlı məlumatı aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunur. İranı tərk edən amerikalılar quru yolla Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistana da gedə bilərlər.

ABŞ vətəndaşlarına Əfqanıstana, İraqa və ya İranla Pakistanın sərhədyanı rayonlarına getmək tövsiyə olunmur”, - deyə qurumun məlumatında bildirilir.

Məlumatda quru marşrutları da göstərilib. Ermənistana girişlə bağlı qeyd olunur: “Aqarak/Norduz quru sərhədi açıqdır. ABŞ vətəndaşlarının Ermənistana daxil olması üçün etibarlı ABŞ pasportu tələb olunur, ölkədə vizasız 180 günədək qalmaq mümkündür. İki vətəndaşlığı olan şəxslərdən əvvəlcədən icazə tələb olunmur. Sərhəddən şəhərlərə və İrəvana taksilər mövcuddur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin