Marta Kos: "Üzv dövlətlər Monteneqronun Aİ-yə qoşulma müqaviləsinin hazırlanmasına başlamaq qərarı veriblər"

2026/02/1771081973.jpg
Oxunub: 381     20:48     22 Aprel 2026    
Monteneqronun Avropa İttifaqı (Aİ) daxilindəki yeri artıq formalaşmağa başlayır.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.

O qeyd edib ki, bu gün üzv dövlətlər Monteneqronun Aİ-yə qoşulma müqaviləsinin hazırlanmasına başlamaq qərarı qəbul ediblər:

"Bu, Aİ üzvlüyünə gedən yolda mühüm addımdır, Monteneqronun əldə etdiyi irəliləyişin aydın şəkildə tanınmasıdır və islahatların sürətləndirilməsi üçün təşviqdir. Həmçinin əvvəlki genişlənmələrdən dərs çıxarmaq və gələcək qoşulma müqavilələrinə hüququn aliliyi və əsas dəyərlərdən geri addım atılmasının qarşısını almaq üçün yeni və daha güclü təminatlara imkanı yaranır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marta-Kos   Monteneqro  


Bizi "telegram"da izləyin