NATO iyulun 7-8-də Ankarada keçiriləcək zirvəyə hazırlaşır

2026/04/1776876532.jpg
Oxunub: 486     20:46     22 Aprel 2026    
NATO-nun baş katibi Mark Rütte bildirib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO zirvəsinin hazırlıqları davam edir və prioritet hədəflərdən biri müdafiə istehsalını və yenilikçiliyi sürətləndirmək olacaq.

Ordu.az xəbər verir ki, Ankaraya rəsmi səfər edən Rütte “X” sosial media platformasında iyulun 7-8-də Türkiyənin ev sahibliyi edəcəyi zirvə ilə bağlı paylaşım edib.

Rütte qeyd edib: “Müdafiə istehsalını və yenilikçiliyi sürətləndirmək NATO üçün ən prioritet hədəflərdən biridir və bu, iyul ayında Ankaradakı zirvəmizin əsas mövzularından biri olacaq”.

NATO sözçüsü Alison Hart da “X” sosial media platformasında etdiyi paylaşımda iyulun 7-8-də keçiriləcək zirvənin hazırlıqlarının davam etdiyini bildirərək qeyd edib: “Müttəfiqimiz Türkiyəyə liderləri qəbul edəcəyi üçün minnətdarıq. Bu, transatlantik təhlükəsizliyi daha da gücləndirmək üçün mühüm toplantı olacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ankara  


Bizi "telegram"da izləyin