Livanın informasiya naziri: “İsrail ət-Tiri rayonunda jurnalistlərin işinə mane olur”

2026/04/1776875700.jpg
Oxunub: 432     20:32     22 Aprel 2026    
Livan hakimiyyəti İsrailin ölkənin cənubundakı ət-Tiri şəhəri rayonuna endirdiyi aviazərbələrdən sonra “jurnalist və fotoqrafları bloklaması” ilə bağlı məlumatlar səbəbindən Cənubi Livanda BMT missiyası və Livan ordusu ilə əlaqə saxlayır.

Ordu.az xəbər verir ki, bu barədə Livanın informasiya naziri Pol Morkos “X” sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, Livan bu hücumu qəti şəkildə pisləyir və jurnalistlərin təhlükəsizliyinə görə bütün məsuliyyəti İsrailin üzərinə qoyur, onların müdafiəsini və media nümayəndələrinin sərbəst fəaliyyətinin təmin olunmasını tələb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin