10-dan çox dövlət rus neftinin alınmasına icazənin uzadılması xahişi ilə ABŞ-yə müraciət edib

2026/04/1776875607.jpg
Oxunub: 478     20:26     22 Aprel 2026    
“10-dan çox dövlət rus neftinin alınmasına icazənin qüvvədə olma müddətinin uzadılması xahişi ilə ABŞ-yə müraciət edib. Söhbət qısamüddətli, 30 günlük uzadılmadan gedir”.

Ordu.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Bessent Senatın ayırmalar komitəsində keçirilən dinləmələr zamanı qeyd edib ki, sorğu ən həssas vəziyyətdə olan və enerji resurslarının kəskin çatışmazlığı ilə üzləşən ölkələrdən daxil olub.

Onun sözlərinə görə, həmin dövlətlərin nümayəndələri Vaşinqtondan rus nefti ilə bağlı əməliyyatlar üçün müvəqqəti lisenziyanın qüvvəsini daha bir ay uzatmağı xahiş edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bessent  


Bizi "telegram"da izləyin