Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit okean Komandanlığının rəhbəri, admiral Samuel Paparo Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, komandanlığın sərəncamında üç minatəmizləmə gəmisi, həmçinin Sakit və Hind okeanlarının məsuliyyət zonasına təhkim olunmuş MH-60 minatəmizləmə helikopterləri var.
Onun sözlərinə görə, bir çox ölkə su hövzələrinə çıxışı məhdudlaşdırmaq vasitəsi kimi dəniz minaları sahəsinə fəal şəkildə investisiya yatırır. Belə şəraitdə minatəmizləmə həm ABŞ, həm də onun müttəfiqləri və tərəfdaşları tərəfindən əlavə investisiyalar tələb edən hərbi-dəniz potensialının əsas elementinə çevrilir.
Admiral həmçinin qeyd edib ki, Yaxın Şərqdəki hazırkı hadisələrin də göstərdiyi kimi, minatəmizləmə əməliyyatları bəzən dəniz ticarətini bərpa etmək üçün zəruri olur.
Sevinc Əliyeva
Ordu.az