Azərbaycan və Latviya XİN rəhbərləri ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər

2026/04/Ekran-1776872599.jpg
Oxunub: 526     19:35     22 Aprel 2026    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braze ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Qeyd edilib ki, nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Azərbaycan və Latviya XİN-ləri arasında konsulluq məsələləri üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd hər iki ölkə vətəndaşları üçün konsulluq əməkdaşlığının və xidmətlərinin inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab olunur.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Latviya  


Bizi "telegram"da izləyin