Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunur ki, “Hizbullah” silahlıları Livanın cənubunda cəbhə xəttindən cənuba doğru fəaliyyət göstərən SAXAL əsgərləri istiqamətinə uçan aparat buraxıblar. İsrail tərəfi bu addımı atəşkəs razılaşmalarının “ən kobud pozuntusu” adlandırıb.
Qeyd edilir ki, pilotsuz uçuş aparatı İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirili. Onun İsrail sərhədini keçmədiyi bildirilib. SAXAL-ın məlumatına görə, qüvvədə olan protokola əsasən hava həyəcan siqnalları işə düşməyib.
Sevinc Əliyeva
Ordu.az