Ordu.az xəbər verir ki, zərbə barədə Livanın Milli Xəbər Agentliyi (NNA) dövlət xidmətlərinə və hadisə yerində olan müxbirlərə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, zərbə yerində yerli KİV-in iki jurnalisti çalışır. Eyni zamanda, Qırmızı Xaç və Livan ordusu həmin əraziyə çata bilmir, çünki məlumatlara görə, rayon İsrail qüvvələri tərəfindən mühasirəyə alınıb.
Daha əvvəl eyni rayonda ilk zərbə barədə məlumat verilmişdi, həmin hücum nəticəsində iki nəfər həlak olmuşdu.
Sevinc Əliyeva
Ordu.az