Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib - FOTO

2026/04/63386-3553741152.jpg
Oxunub: 534     19:00     22 Aprel 2026    
Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin