Latviya Prezidenti: "Azərbaycan Qarabağda meşələrin salınması ilə bağlı bizim təcrübədən istifadə edə bilər"

2026/04/1776865683.jpg
Oxunub: 362     17:38     22 Aprel 2026    
Azərbaycan və Latviyanın aidiyyəti nazirlikləri Qarabağın müasirləşməsi və yenidən qurulmasında meşələrin salınması ilə bağlı təcrübə mübadiləsi aparacaq.

Ordu.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda birgə bəyanatında deyib.

Edqars Rinkeviçs qeyd edib ki, Latviya meşələr ölkəsidir:

"Biz həm Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu planları, həm də bu məsələləri daha geniş anlamda müzakirə etdik. Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz Azərbaycan üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışmaq tapşırığını verdik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Azərbaycan  


Bizi "telegram"da izləyin