Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk tərəfindən verilən açıqlamada ASELSAN tərəfindən Türkiyə Quru Qoşunları Komandanlığının inventarına müxtəlif sayda ASELFLIR 500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəfləmə Sistemi və ARTNET 100-G Taktiki Rabitə Sistemi alındığı bildirilib.
Bu çərçivədə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına isə müxtəlif sayda KARETTA 560 maneəyə davamlı Qlobal Mövqeləndirmə Peyk Sistemi (GNSS) alındığı açıqlanıb.
MKE-dən Nüfuzedici Bomba təhvili
Türkiyə Milli Müdafiə Nazirliyi həftə ərzində “Makine ve Kimya Endüstrisi Anonim Şirketi” (MKE) tərəfindən başda Nüfuzedici Bomba (NEB) olmaqla müxtəlif sayda və çapda silah və sursatın da təhvil verildiyini bildirib.
ASELFLIR 500 xüsusiyyətləri
ASELSAN tərəfindən istehsal olunan ASELFLIR 500 sabit qanadlı və fırlanan qanadlı hava platformaları ilə pilotsuz uçuş aparatları üçün hazırlanmış yüksək performanslı elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemidir.
Sistem eyni anda yüksək dəqiqlikli MWIR (termal), gündüz (Day TV) və SWIR kameralarını özündə birləşdirir. Gecə, gündüz və əlverişsiz hava şəraitində fasiləsiz görüntüləmə təmin edir. 35 km-dək mənzilə malik lazer məsafəölçən və hədəf işarələyicisini ehtiva edir. İdarə olunan sursatlar üçün dəqiq hədəfləmə və işarələmə qabiliyyəti təqdim edir.
4 oxlu stabilləşdirmə sayəsində hərəkətli platformalarda aydın görüntü yaradır. 360 dərəcə fasiləsiz dönmə qabiliyyəti ilə geniş baxış sahəsi təmin edir. Süni zəka dəstəyi ilə avtomatik hədəf aşkarlama və izləmə apara bilir. Kompakt və yüngül quruluşu ilə fərqli hava platformalarına asan inteqrasiya edilir.
ARTNET-100G xüsusiyyətləri
ASELSAN tərəfindən istehsal olunan ARTNET-100G taktiki sahədə yüksək sürətli məlumat rabitəsi təmin edən yeni nəsil rabitə sistemidir. Sistem bölmələr arasında yüksək ötürmə qabiliyyətində (100 Gbps sinfi) məlumat ötürülməsini təmin edir. Komanda-idarəetmə, sensor və silah sistemləri arasında real vaxt rejimində məlumat paylaşımını təmin edir. Şəbəkə dəstəkli əməliyyat konsepsiyasına uyğun infrastruktur təqdim edir.
Fiber-optik və fərqli rabitə infrastrukturları ilə inteqrasiya olunmuş şəkildə işləyə bilir. Çətin sahə şəraitində etibarlı və fasiləsiz rabitə üçün hazırlanıb. Modul quruluşu sayəsində fərqli platforma və birlik strukturlarına asanlıqla uyğunlaşdırıla bilir. Yüksək məlumat təhlükəsizliyi və şifrələmə qabiliyyətləri ilə qorunan rabitə təmin edir.
KARETTA 560 xüsusiyyətləri
ASELSAN istehsalı olan KARETTA 560 radioelektron mübarizə mühitinə davamlı maneəyə qarşı GNSS (peyk mövqeləndirmə) sistemidir. GPS qarışdırma və aldatma (jamming/spoofing) təhdidlərinə qarşı yüksək dayanıqlıq təmin edir. Hava platformaları üçün fasiləsiz və dəqiq mövqeləndirmə qabiliyyəti təqdim edir.
Çoxsaylı peyk sistemləri ilə (GNSS) uyğun işləyərək etibarlı naviqasiya təmin edir. Kritik tapşırıqlarda yüksək dəqiqliklə istiqamət tapma və mövqe müəyyən etmə imkanı verir. Hərbi əməliyyatlarda tapşırığın fasiləsizliyini artırmaq üçün hazırlanıb. Çətin elektromaqnit mühitində belə sabit performans təqdim edir.
Nüfuzedici Bomba (NEB) xüsusiyyətləri
Nüfuzedici Bomba (NEB) sərt və möhkəmləndirilmiş hədəflərə qarşı hazırlanmış yüksək təsirli sursatdır. Beton, sığınacaq, anqar və yeraltı obyektlərə nüfuz edərək hədəfi daxildən məhv edir. Qalın zireh və beton konstruksiyaları deşməyə uyğun yüksək kinetik enerji və xüsusi gövdə quruluşuna malikdir.
Hədəfin içinə daxil olduqdan sonra gecikməli partlayaraq maksimum dağıdıcı təsir yaradır. Adətən yüksək dəqiqliklə idarə olunan dəstlərlə birlikdə istifadə edilərək yüksək dəqiqlik nisbəti təmin edir. Hava platformalarından buraxılaraq dərin hədəflərə qarşı təsirli zərbə qabiliyyəti təqdim edir. Müasir əməliyyatlarda kritik infrastrukturun və qorunan hədəflərin zərərsizləşdirilməsində istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az