Sarkisyan özünün mövcudluğu ilə barışmayanlar barədə suala cavab verib: “Bəs mən nə edim, hara gedim, Qarabağa?”

2026/02/121d2-1770123610.jpg
Oxunub: 370     17:31     22 Aprel 2026    
“Bəs mən nə edim, hara gedim, Qarabağa?”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Antikorrupsiya Məhkəməsinin həyətində jurnalistlərə açıqlamasında jurnalistin “Siz seçkilərdə iştirak etmirsiniz, amma adınız hələ də çoxlarına mane olur, onlar sizin mövcudluğunuzla barışa bilmirlər” sualına cavab olaraq deyib.

“Təəssüf ki, mənim üçün başqa yer yoxdur”, - deyə Sarkisyan bildirib.

Qeyd edək ki, hazırda Ermənistan Antikorrupsiya Məhkəməsində Sarkisyanın işi üzrə məhkəmə iclası davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin