KİV: Macarıstan və Slovakiya Ukraynanın maliyyələşdirilməsində iştirakdan imtina edib

2026/02/1770221079.jpg
Oxunub: 354     16:46     22 Aprel 2026    
Macarıstan və Slovakiya 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro maliyyə yardımı ayrılması qərarına qoyduqları vetonu geri götürüblər. Bununla belə, hər iki ölkə proqramda şəxsən iştirak etməyəcəklərini bir daha təsdiqləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a avropalı diplomatik mənbə bildirib.

“Məcarıstan və Slovakiya 90 milyard avroluq Avropa kredit proqramında iştirak etməyəcəklərini təsdiqləyiblər”, - deyə mənbə qeyd edib.

Bundan əvvəl Avropa İttifaqı Şurasına sədrlik edən Kipr bildirmişdi ki, Avropa İttifaqı səfirləri artıq Rusiyaya qarşı sanksiyaların 20-ci paketini və Kiyevə 90 milyard avro ayrılması qərarını təsdiqləyiblər. Gözlənilir ki, yaxın 24 saat ərzində qərar xarici işlər nazirləri səviyyəsində və yazılı prosedurla yekun təsdiqini alacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Slovakiya  


Bizi "telegram"da izləyin