İran ABŞ ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb

2026/04/1776840902.jpg
Oxunub: 390     16:45     22 Aprel 2026    
İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani bildirib ki, ABŞ tərəfindən həyata keçirilən dəniz blokadası atəşkəs rejimini pozur.

Ordu.az xəbər verir ki, bu barədə SNN məlumat yayıb.

“Onlar blokadanı dayandırmalıdırlar. Əgər bu aradan qaldırılsa, düşünürəm ki, İslamabadda danışıqların növbəti mərhələsi keçiriləcək.

Əgər onlar danışıqlar masasına oturmaq istəsələr, biz hazırıq. Amma müharibə yolunu seçsələr, İran buna da hazırdır”, - deyə diplomat bildirib.

İrəvani əlavə edib ki, atəşkəs bütün regiona, o cümlədən Livana da şamil olunmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin