ABŞ bildirib ki, İran tezliklə “həssas vəziyyətə düşəcək”

2026/03/1774201325.jpg
Oxunub: 430     16:31     22 Aprel 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının blokadasını davam etdirəcək. Bir neçə günə Xarq adasının anbarları dolacaq, İranın həssas neft quyuları isə bağlanacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

“İranın dəniz ticarətinin məhdudlaşdırılması rejimin əsas gəlir mənbələrinə birbaşa təsir göstərir.

Biz “iqtisadi zəiflətmə” əməliyyatı vasitəsilə maksimum təzyiq siyasətini davam etdirəcəyik və Tehranın imkanlarını sistemli şəkildə sarsıdacağıq. Maliyyə axınlarını dəstəkləyən istənilən şəxs və ya gəmi ABŞ sanksiyalarına məruz qala bilər. İran xalqının maraqları naminə ölkə rəhbərliyinin aktivlərini dondurmağa davam edirik”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin