Ermənistan və Gürcüstanın müdafiə nazirləri təkbətək görüş keçiriblər

2026/01/1768461230.jpg
Oxunub: 321     16:22     22 Aprel 2026    
Gürcüstan Müdafiə Nazirliyində Ermənistanın müdafiə naziri Suren Papikyanın qarşılanma mərasimindən sonra Ermənistan və Gürcüstanın müdafiə nazirləri arasında təkbətək görüş başlayıb, daha sonra isə nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə davam etdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan da iştirak edib.

“Görüş zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gedişi və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər həmçinin regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunublar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin