Ordu.az xəbər verir ki, şirkət tərəfindən verilən açıqlamada layihənin müəyyən edilən təqvim doğrultusunda və planlamalara uyğun şəkildə irəlilədiyi vurğulanıb.
Sınaq proseslərində mühüm mərhələ
Açıqlamada tam ölçülü statik sınaqlarda istifadə ediləcək prototipin anqardan çıxarıldığı bildirilərkən, daha əvvəl iki uçuş həyata keçirmiş KAAN-0 prototipi üzərində yer sınaqlarının davam etdiyi qeyd olunub.
TUSAŞ qeyd edib: “Milli Döyüş Təyyarəsi KAAN layihəsi təqvimə və bütün planlamalara uyğun şəkildə irəlilədilir”.
Seriyalı istehsal hazırlıqları davam edir
KAAN proqramı çərçivəsində yalnız sınaq fəaliyyətlərinin deyil, eyni zamanda seriyalı istehsala yönəlmiş hazırlıqların da paralel şəkildə davam etdiyi bildirilib. Bu çərçivədə KAAN-2 və KAAN-3 prototiplərinin istehsal və montaj işlərinin intensiv şəkildə davam etdiyi qeyd olunub.
2026-cı il üçün ilk uçuş planı
Şirkət proqramın növbəti kritik mərhələsinə dair KAAN-1 prototipini işarə edib. Açıqlamada bildirilib: “KAAN-1 təyyarəsinin 2026-cı il ərzində ilk uçuşunu həyata keçirməsi planlaşdırılır”.
Bu çərçivədə KAAN proqramında sınaq, istehsal və inkişaf proseslərinin paralel şəkildə irəlilədiyi və layihənin planlaşdırılan təqvim çərçivəsində davam etdiyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az