CNN: ABŞ yeni müharibə olacağı halda raketsiz qala bilər

2026/04/1775547044.jpg
Oxunub: 336     14:49     22 Aprel 2026    
Ekspertlərin və ABŞ Müdafiə Nazirliyinin silahlı qüvvələrin ehtiyatlarına dair daxili qiymətləndirmələri ilə tanış olan üç mənbənin sözlərinə görə, İranla müharibə zamanı Amerika hərbçiləri əsas raket ehtiyatlarının əhəmiyyətli hissəsini tükədiblər.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, bu, yaxın bir neçə ildə mümkün yeni münaqişələr zamanı sursat çatışmazlığı riski yaradır.

Yeni təhlilə əsasən, müharibənin son yeddi həftəsi ərzində ABŞ silahlı qüvvələri dəqiq idarə olunan raket ehtiyatlarının azı 45 faizini, ballistik raketləri tutmaq üçün nəzərdə tutulan THAAD raketlərinin azı yarısını və “Patriot” zenit raketlərinin ehtiyatlarının təxminən 50 faizini xərcləyib.

Bildirilir ki, Amerika anbarlarında qalan kritik əhəmiyyətli sursatın miqdarı Çin kimi güclü rəqibə qarşı durmaq üçün kifayət etmir. Bu silah ehtiyatlarını müharibədən əvvəlki səviyyəyə qaytarmaq üçün bir neçə il lazım gələcək.

Təhlilə və mənbələrə görə, ABŞ hərbçiləri həmçinin “Tomahawk” qanadlı raket ehtiyatlarının təxminən 30 faizini, “hava-yer” sinifli uzaqmənzilli JASSM raketlərinin 20 faizdən çoxunu, eləcə də SM-3 və SM-6 raketlərinin təxminən 20 faizini xərcləyiblər.

Bu sistemlərin bərpası üçün təxminən 4-5 il tələb olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raket  


Bizi "telegram"da izləyin