Tehran: Aqressiya olacağı halda əvvəlcədən müəyyən edilmiş hədəflərə zərbə endirəcək

2026/03/1773941344.jpg
Oxunub: 318     14:46     22 Aprel 2026    
İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, düşmənin öz təhdidlərini həyata keçirməsinə imkan verməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

“Bu gün biz Qərbi Asiyada xarici güclərin, xüsusilə də ABŞ-nin iştirakı olmadan yeni regional nizamın formalaşması astanasındayıq.

Bizim qüvvələrimiz 100 faizlik hazırlıq vəziyyətindədir. İrana qarşı aqressiya və ya hər hansı fəaliyyət olacağı halda onlar dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə zərbə endirəcək və ABŞ ilə İsrailə əvvəlkindən daha amansız dərs verəcəklər”, - deyə İİKK-nin açıqlamasında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İİKK   İran  


Bizi "telegram"da izləyin