İsrail ordusu Livan ordusunun hərbçisi Patrik Andranik Bakaryanı saxlayıb

2026/04/1776231541.jpg
Oxunub: 327     14:17     22 Aprel 2026    
İsrail ordusu Cdeyde-Marcayun şəhərində Livan silahlı qüvvələrinin hərbçisi Patrik Andranik Bakaryanı saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Livanın “Al Markazia” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, guya Bakaryan şəhərə sevgilisini ziyarət etmək məqsədilə gəlibmiş. Hazırda onun azadlığa buraxılması istiqamətində səylər göstərilir.

Hərbi mənbə təsdiqləyib ki, hərbçi hələ üç gün əvvəl itkin düşmüş sayılırdı. Onun taleyini aydınlaşdırmaq üçün araşdırma aparılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin