Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, onun ünvanına ittihamlar, o cümlədən keçmiş müdafiə naziri Seyran Ohanyan və Rusiyada yaşayan media maqnatı Aram Qabrielyanov tərəfindən səslənib.
“Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə Nikol Paşinyanın iştirakı ilə bildirmişdi ki, “Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) 283 kilometr müdafiə xətti olub və bunun 265 kilometri 2020-ci il oktyabrın 27-dək saxlanılıb.
“Sizin dediyiniz generalların qaçdığı ərazi məhz oradır və hesab edirəm ki, bu məsuliyyət birbaşa sizin üzərinizdədir. Əgər qərarı “müdafiə ordusu” qəbul edirdisə, onu Baş Qərargah və ya “Qarabağ rəhbəri” təsdiqləyirdi. Əgər bir neçə hərbi birləşmə var idisə, onda qərarı Baş Qərargah rəisi verirdi və siz təsdiqləyirdiniz. Məhz sizin məsuliyyət zonanızdan Azərbaycan yan keçərək Şuşaya, Laçına və Ermənistan sərhədlərinə, Gorusa, Qafana, Mehriyə çatdı”, - deyə Ohanyan bildirib.
Daha maraqlı açıqlama Aram Qabrielyanov tərəfindən verilib. O deyib ki, Moskvada iki dəfə Onik Qasparyanla görüşüb və o, son dərəcə sarsılmış vəziyyətdə olub”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, Qasparyan özü isə illərlə susduqdan sonra yalnız bu ittihamlardan sonra parlamentdə qapalı müzakirə keçirməyi təklif edib ki, “müharibə barədə dolaşan bütün yalanları və əsassız manipulyasiyaları partlatsın”.
“O, seçki dövrünü “reallıqla üzləşmək vaxtı” hesab edir. Ermənistanın hazırkı hakimiyyəti nə qapalı, nə də açıq müzakirə keçirmək niyyətindədir. Parlamentin istintaq komissiyasının sədri Andranik Köçəryan xatırladıb ki, Qasparyan komissiyaya ifadə verib və bildiyi bütün halları danışıb, buna görə əlavə müzakirəyə ehtiyac görmür.
Bununla belə, Qasparyan həm müxalifətin, həm də hakimiyyətin atəşi altında qalacaq. Hər iki tərəf 44 günlük müharibədən seçki təbliğatında istifadə edəcək. Keçmiş yüksək rütbəli general özü də anlayır ki, bunun onun üçün hansı nəticələri ola bilər.
Bu vəziyyətdə onun cəmi bir çıxış yolu var: şəxsən mətbuat konfransı keçirsin və müharibə dövründə Ermənistan hakimiyyətinin etdiyi bütün qanunsuzluqları açıqlasın.
Əks halda onun heç bir bağışlanmaq haqqı olmayacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az