“NBC News”: ABŞ dövlət katibi İsrail və Livan arasında birbaşa danışıqların ikinci mərhələsində iştirak edəcək

2026/02/1772207966.jpg
Oxunub: 362     12:09     22 Aprel 2026    
ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, dövlət katibi Marko Rubionun bu cümə axşamı İsrail və Livan arasında birbaşa danışıqların ikinci mərhələsində iştirakı gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Danışıqlar ötən çərşənbə axşamı ABŞ-də İsrailin səfiri Yehiel Leyter və Livanın səfiri Nada Hamade arasında baş tutan tarixi görüş nəticəsində mümkün olub. Görüşdə Rubio da iştirak edib. Bu, son onilliklər ərzində iki ölkə arasında 10 günlük kövrək atəşkəs razılaşması ilə nəticələnən ilk birbaşa təmas olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Livan  


Bizi "telegram"da izləyin