BMT-nin baş katibi İranla bağlı Trampın bəyanatına münasibət bildirib

2025/03/1743271658.jpg
Oxunub: 353     12:07     22 Aprel 2026    
BMT-nin baş katibi Antonio Quterreşin fikrincə, ABŞ tərəfindən İranla atəşkəs rejiminin uzadılması müsbət addımdır və gərginliyin azalması üçün imkandır.

Ordu.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Stefan Düjarrik məlumat yayıb.

“Bu, gərginliyin azaldılması və İranla ABŞ arasında diplomatiya və etimad quruculuğu üçün mühüm məkan yaratmaq istiqamətində vacib addımdır”, - deyə Düjarrikin sözlərini “NBC News” sitat gətirib.

“Bütün tərəfləri atəşkəsi təhlükəyə atan addımlardan çəkinməyə və dayanıqlı, uzunmüddətli həllə nail olmaq üçün danışıqlarda konstruktiv iştirak etməyə çağırırıq”, - deyə o bildirib.

Düjarrik əlavə edib ki, Quterreş danışıqların davam etdirilməsinə yönəlmiş Pakistanın vasitəçilik səylərini alqışlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   BMT  


Bizi "telegram"da izləyin