Tramp İranla atəşkəs rejimini uzatdığını bəyan edib

2026/04/1776439807.jpg
Oxunub: 597     00:28     22 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, İran hökumətində ciddi parçalanma olduğu üçün, feldmarşal Asim Munir və Pakistanın Baş naziri Şahbaz Şərifin xahişi ilə onlardan İran rəhbərliyi və nümayəndələri vahid təkliflə çıxış edənədək hücumun təxirə salınması istənilib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Buna görə də mən hərbçilərimizə mühasirəni davam etdirməyi və bütün digər məsələlərdə hazır vəziyyətdə qalmağı əmr etmişəm. Buna görə də onların təklifi təqdim olunana və müzakirələr bu və ya digər şəkildə başa çatana qədər atəşkəs rejimini uzadacağam”, - deyə Tramp qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin