NYT: Ukrayna Donbasın bir hissəsini Trampın şərəfinə TRIPP nümunəsində “Donnieland” adlandırmağı təklif edib

2026/04/1776792592.jpg
Oxunub: 529     21:30     21 Aprel 2026    
Son aylarda Ukraynada gedən sülh danışıqları zamanı ukraynalı rəsmilər mümkün hesab ediblər ki, Rusiyanın hələ də uğrunda müharibə apardığı Donbasın bir hissəsi “Donnieland” adlandırıla bilər.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times” yazır.

Nəşr vurğulayır ki, bu təklif hökumətlərin ABŞ prezidenti Donald Trampın özünəvurğunluğunu oxşamağa və Amerika gücünü öz tərəflərinə çəkməyə çalışdığı qlobal reallığı əks etdirir.

“2018-ci ildə Polşa ABŞ hərbi bazasının yerləşdirilməsinə can atarkən bu ideyanı “Fort Tramp” kimi təklif etmişdi. Ötən il Ermənistan və Azərbaycan Ağ Evdə sülh sazişi imzalayanda yaradılmış nəqliyyat əlaqəsini “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) adlandırdılar.

Lakin prezident Trampın adından geosiyasi təmas nöqtəsi kimi istifadənin ən inanılmaz nümunəsi məhz bu ola bilər və bu günə qədər ictimaiyyətin diqqətindən kənarda qalmışdı”, - “New York Times” yazır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin