İranlı deputat: “Dəniz blokadası məsələsi həll olunmayana qədər İranın heç bir danışıqlar qrupu Pakistana getməyəcək”

2026/04/1776365332.jpg
Oxunub: 464     21:24     21 Aprel 2026    
İran parlamentinin deputatı Əhməd Naderi SNNTV televiziya kanalına müsahibəsində bildirib ki, dəniz blokadası məsələsi həll olunmayana qədər İranın heç bir danışıqlar qrupu Pakistana getməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Deputatın sözlərinə görə, İran nümayəndə heyətinin danışıqlarda iştirakı ilə bağlı xəbərlər “açıq yalandır”.

“Dəniz blokadası məsələsi həll olunmayana qədər biz danışıqların ikinci mərhələsini keçirməyəcəyik”, - deyə iranlı deputat vurğulayıb.

İran və ABŞ arasında atəşkəs müddəti aprelin 22-də başa çatır. Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla atəşkəs rejimini uzatmaq istəmədiyini bildirmişdi.

“Bizim çox vaxtımız yoxdur. İran razılaşma bağlasa, çox yaxşı nəticələr əldə edə bilər”, - deyə o bildirib və əlavə edib ki, İran rəsmilərinin danışıqlardan başqa “başqa seçimi yoxdur”.

ABŞ prezidenti həmçinin bildirib ki, Amerika silahlı qüvvələri atəşkəs müddətindən texnika ehtiyatlarını artırmaq üçün istifadə edib və belə əmr verəcəyi halda İrana hücumları yenidən başlamağa hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Pakistan  


Bizi "telegram"da izləyin