Erməni siyasi xadim: “Ermənistan müstəqil subyekt kimi deyil, idarə olunan ərazi kimi nəzərdən keçirilir”

2026/04/1776750429.jpg
Oxunub: 319     09:42     21 Aprel 2026    
“44 günlük müharibədəki itki, Qarabağın itirilməsi, təhlükəsizlik sisteminin zəifliyi belə bir sual yaradır: dövləti xilas etmək mümkündürmü, əgər mümkündürsə, necə?”.

Ordu.az xəbər verir ki, bunu partiyanın növbədənkənar qurultayından sonra Ermənistanın “Birliyin qanadları” partiyasının idarə heyətinin üzvü David Ananyan bildirib.

Ananyanın sözlərinə görə, İran-İsrail və İran-ABŞ gərginliyi enerji axınlarının, rabitənin və kapital bölgüsünün dəyişməsidir.

“Bütün bunlar o deməkdir ki, region rəqabət, təzyiq və nəzarət mərkəzinə çevrilir”, - deyə erməni siyasətçi bildirib.

Onun sözlərinə görə, dəhliz məsələsi Ermənistanın rolunu azaltmağa və müstəqil qərarların məhdudlaşdırılacağı bir sistem formalaşdırmağa yönəlib, Ermənistan müstəqil subyekt kimi deyil, idarə olunan ərazi kimi nəzərdən keçirilir.

Ananyan xatırladıb ki, Gürcüstandan keçən yolun xüsusiyyətlərinə görə Ermənistan iqtisadiyyatı üçün vaxtaşırı fors-major vəziyyətləri yaranır: “İqtisadiyyat xarici tədarüklərdən asılıdır, hakimiyyətin göstərdiyi rəqəmlər sistemə çevrilmir, artım imkana çevrilmir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ananyan   Ermənistan  


Bizi "telegram"da izləyin