“Qulağım dinc yaşayıram, mənə nə lazımdır ön cəbhəyə daxil olum?” - Ermənistanın sabiq BQ rəisi çaşqın vəziyyətə düşüb

2021/03/074A8-1614682264.jpg
Oxunub: 531     09:22     21 Aprel 2026    
“Keçmiş Baş Qərargah rəisi Onik Qasparyan bloger Aram Qabrielyanovun iddialarından sonra çaşqın vəziyyətə düşüb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

“Həmin iddiaya görə, guya Onik Qasparyan etiraf edib ki, “Nikol Paşinyan onu 44 günlük müharibə zamanı qoşunları geri çəkməyə, rəqibin irəliləməsi üçün yol açmağa və Şuşanı təhvil verməyə məcbur edib”.

Onik əvvəlcə yayılan məlumatı cəfəngiyat adlandıraraq tələsik təkzib mətni yayıb, sonra isə yaxın çevrəsində qorxu ilə bildirib: “Bu dar məqamda hakimiyyətə qarşı çıxmaq mənə heç sərf etmir, qulağım dinc yaşayıram, mənə nə lazımdır ön cəbhəyə daxil olum”. Xəbərlərə görə, o, təxminən bu cür ifadə işlədib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qasparyan   Ermənistan  


Bizi "telegram"da izləyin