“İravunk”: Paşinyanın partiyasının üzvlərinə gizli müxalifləri tapmaq tapşırılıb

2026/04/1775282950.jpg
Oxunub: 331     09:04     21 Aprel 2026    
“Vətəndaş Müqaviləsi” üzvlərinə bölgələrdə gizli müxalifləri araşdırıb tapmaq barədə konkret göstəriş verilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrin məlumatına görə, belə bir göstəriş verilib: “Nə hakimiyyət tərəfdarı, nə də müxalif olan, amma əslində müxalif mövqedə dayananları tapın”.

Nəşrin mənbəsinin sözlərinə görə, bölgələrdəki “Vətəndaş Müqaviləsi” üzvlərinə tapşırılıb: “Tapın və adbaad təqdim edin, təsir göstərmək üçün vasitə olmayan adam yoxdur, siz yalnız tapın”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin