Ermənistanda “Güclü Ermənistan” üzvlərinin mənzillərində axtarış aparılır

2026/02/1771950416.jpg
Oxunub: 573     19:27     20 Aprel 2026    
Taşirdə və Stepanavanda müstəntiqlər hazırda “Güclü Ermənistan” partiyası üzvlərinin mənzillərində axtarışlar aparırlar.

Ordu.az xəbər verir ki, məlumatı “News.am”a açıqlamasında partiyanın üzvü Qohar Meloyan təsdiqləyib.

Məlumata görə, Vruyr Ayvazyanın, Andranik Gevorqyanın, Vahe Davtyanın və Arsen Mikoyanın mənzillərində axtarışlar aparılır.

Ermənistan KİV-ləri qeyd edir ki, onlardan Andranik Gevorqyan həm də partiyanın seçki siyahısına daxil edilib.

Qohar Meloyanın sözlərinə görə, hakimiyyət artıq 4-cü gündür ki, bu cür fəaliyyət üsulu seçərək partiya üzvlərinə təzyiq göstərməyə çalışır, lakin buna nail ola bilməyəcək.

“Bu hakimiyyət məğlubiyyətə doğru getdiyini qeydə alır və dünən Gümrüdə onların rədd edilməsindən sonra özləri də qeydə alırlar ki, xalq dəyişiklik istəyir və bu dəyişikliyi həyata keçirəcək. Baş nazirliyə ən real namizəd Samvel Karapetyandır, hakimiyyətin bu davranışı da bununla bağlıdır. Biz vətəndaşlarımızın səslərinin yerinə çatması və ölkədə dəyişiklik olması üçün sona qədər mübarizə aparacağıq”, - deyə Meloyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Axtarış  


Bizi "telegram"da izləyin