Ermənistan prezidenti NATO baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

2026/04/1776698782.jpg
Oxunub: 402     19:19     20 Aprel 2026    
Ermənistan prezidenti Vahaqn Xaçaturyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hemiltonu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər müxtəlif formatlarda səmərəli əməkdaşlıq imkanlarını müzakirə edərək, siyasi yüksək səviyyəli dialoqun müsbət dinamikasını vurğulayıblar.

“Tərəflər regionda sülh, sabitlik və təhlükəsiz mühitin formalaşdırılmasına yönəlmiş konstruktiv dialoqu davam etdirmək və tərəfdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı hazırlıqlarını bir daha təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   NATO  


Bizi "telegram"da izləyin