Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Ermənistanın Anti-korrupsiya Məhkəməsi hələ 2026-cı il fevralın 27-də Baş Prokurorluğun Dövlət Maraqlarının Müdafiəsi İdarəsinin növbəti vəsatətini təmin edib.
“Qərarla, İrəvan şəhərinin Malatiya-Sebastiya rayonunda, Admiral İsakov prospektində yerləşən 0,17 hektar sahəyə malik torpaq sahəsinə dair 2006-cı il martin 3-də Ermənistanın müdafiə naziri Serj Sarkisyan və qapalı səhmdar cəmiyyəti arasında imzalanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilib”, - deyə məlumatda bildirilir.
Ermənistan KİV-ləri qeyd edir ki, dövlət maraqlarının müdafiəsi haqqında iddia üzrə qərar hüquqi qüvvəyə minib və icra vərəqəsi verilib.
“Müqavilənin etibarsızlığı nəticəsində sözügedən torpaq sahəsinin geri qaytarılmasının qeyri-mümkünlüyü nəzərə alınaraq, torpaq sahəsinin dəyəri olan 78,86 milyon dram məbləğində vəsait qapalı səhmdar cəmiyyətindən Ermənistanın xeyrinə tutulacaq”, - deyə məlumatda bildirilir.
Alpər Mövludoğlu
Ordu.az