ABŞ İraq və Küveytdə yaşayan vətəndaşlarına təcili çağırış edib

2026/03/1774720924.jpg
Oxunub: 378     17:08     20 Aprel 2026    
Birləşmiş Ştatlar müdafiə podratçısı “V2X”ə İraq və Küveytdəki əməkdaşlarını bu ölkələrdən çıxarmağı qəti şəkildə tövsiyə edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazır.

Məlumata əsasən, onların olduqları ölkələrdə İran yönümlü qruplaşmaların hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

İddia olunur ki, Dövlət Departamentinin əməkdaşları ABŞ obyektlərinə və personalına qarşı planlaşdırılan hücumlar barədə kəşfiyyat məlumatları əldə etdikdən sonra bu məsələni şirkət rəhbərliyi qarşısında qaldırıblar.

Kəşfiyyat məlumatlarında mümkün hücumların yaxın vaxt kəsiyində gözlənildiyi qeyd olunur. Personalın təxliyəsi ehtiyat tədbiri kimi nəzərdən keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq   Küveyt  


Bizi "telegram"da izləyin